İlqar Veysəl oğlu İsayev “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktor müavini təyin olunub.
FED.az xəbər verir ki, İlqar İsayev bu təyinatadək Maliyyə Nazirliyinin Sosial yönümlü layihələrin maliyyələşdirilməsi şöbəsinin müdiri vəzifəsində işləyib.
Qeyd edək ki, “Azərbaycan Sənaye Korporasiyası” ASC Azərbaycan Prezidenti İlham Əliyevin 6 noyabr 2017-ci il fərmanı ilə yaradılıb. Müəssisənin baş direktoru vəzifəsini Kamran Nəbizadə daşıyır.