"Azərbaycan Sənaye Korporasiyası” ASC-nin (ASK) Aqrar-sənaye sahələri departamentinin adı dəyişdirilib.
Eləcə də bax: 5 ayda Azərbaycan iqtisadiyyatına yatırılan investisiya - MƏLUM OLDU
FED.az xəbər verir ki, bundan sonra sözügedən departament “Aqrar istehsalat və ticarət departamenti” adlanacaq.
Qeyd edək ki, bu departamentə İlham Bayramov rəhbərlik edir.
Xatırladaq ki, ASK 2017-ci ildə dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılmasına və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaq məqsədilə yaradılıb. Onun nizamnamə kapitalı 500 milyon manatdır.