“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus “Azəripək” MMC-nin nizamnamə kapitalı 2 961 141 manat və yaxud 2,35 dəfə artırılıb.
Eləcə də bax: Daha bir şirkət - MMC-DƏN MTK-YA ÇEVRİLDİ
FED.az “Report”a istinadən xəbər verir ki, şirkətin kapitalı 2 200 555 manatdan 5 161 696 manata çatdırılıb.
Xatırladaq ki, “Azəripək” ötən ilin aprel ayında yaradılıb. Müəssisənin istehsal etdiyi məhsullar Rusiya, Türkiyə, İran və Türkmənistana ixrac olunur.