Azərbaycan Sənaye Korporasiyası (ASK) bu ilin fevral-mart aylarında ən azı yeddi şirkət təsis edib. Bu barədə kommersiya hüquqi şəxslərin dövlət reyestrində məlumat yerləşdirilib.
"ASK İdman Kompleksi" MMC-nin hüquqi ünvanı "İnter" peşəkar futbol klubunun ünvanı ilə eynidir - Bakı, Heydər Əliyev prospekti, 96A. Üç şirkətin hüquqi ünvanı kimi ("ASK Ayaqqabı Fabriki", "ASK Xidmət", "ASK Poliqrafiya") "AMAY" ticarət mərkəzi seçilib.
"ASK Poliqrafiya" MMC və "ASK Security" MMC "Globus" biznes mərkəzində yerləşir (Tiflis prospekti, 35). "ASK Şəki Şərab" MMC, ehtimal ki, Şəki rayonunda yerləşən şərab zavodlarından birinin bazasında yaradılıb.
©Turan