Avqustun 6-9-da Tehranda 28-ci Beynəlxalq Mebel Sərgisi açılacaq.
FED.az xəbər verir ki ki, İran və Azərbaycanın yüksək vəzifəli məmurlarının iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına olan istəyini nəzərə alaraq, həmçinin əməkdaşlıq imkanlarını müəyyənləşdirmək üçün şəraitin yaradılması məqsədilə azərbaycanlı sahibkarlar və şirkət rəhbərləri sərgidə iştiraka dəvət olunublar. Üç gecə oteldə qonaqlama, qidalanma təşkilatçı, nəqliyyat xərcləri isə iştirakçı tərəfindən ödəniləcək.