Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının kadr heyətində dəyişiklik baş verib.
ASK-nın baş katibi vəzifəsini - TƏRK EDİB
FED.az xəbər verir ki, Kristina Məmmədova öz istəyi ilə Konfederasiyanın Baş katibi vəzifəsindən azad edilib. Hazırda bu vəzifənin icrası Fərid Vəlizadəyə həvalə edilib.
Qeyd edək ki, F.Vəlizadə 2019-cu ildən Azərbaycan Sahibkarlar Konfederasiyası prezidentinin baş məsləhətçisi vəzifəsini icra edirdi.