Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Monteneqro Ticarət Palatası arasında əməkdaşlığa dair saziş imzalanıb.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan-Monteneqro İqtisadi və Mədəni Mərkəzindən məlumat veriblər.
Eləcə də bax: Sahibkarlar Konfederasiyasında - ÜZVLÜK HAQLARI DƏYİŞİB
Sazişə əsasən əməkdaşlıq və müştərək layihələr üçün potensial imkanlar araşdırılacaq, ticarət və iqtisadi əlaqələrin genişlənməsi təşviq ediləcək, qarşılıqlı sərmayə imkanları dəyərləndiriləcəkdir.
Bu sazişin iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin möhkəmlənməsinə töhfə verəcəyi gözlənilir.
Azərtac