2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycan Rusiyaya 67 milyon 47 min ABŞ dolları dəyərində 54 min 768 ton şaftalı ixrac edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2023-cü il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 16 milyon 383 min dollar və ya 32,3%, miqdar baxımından isə 10 min 672 ton və ya 24,2% çoxdur.
2023-cü ilin yanvar-noyabr aylarında 50 milyon 665 min dollar dəyərində 44 min 96 ton şaftalı ixrac edilmişdi.
Ötən ilin 11 ayın nəticələrinə görə xaricə satılan 1 kq şaftalının 1 kiloqramının ixrac qiyməti 2,08 manat təşkil edib.
Bu da illik müqayisədə 13 qəpik (6,5%) bahadır.