Rusiyanın Qaraçay-Çərkəz bölgəsində fəaliyyət göstərən kosmetika şirkəti Azərbaycandan olan tərəfdaşı ilə gələn il ölkəmizə 500 min ABŞ dolları dəyərində “halal” məhsul tədarük etmək barədə müqavilə imzalayıb.
FED.az xəbər verir ki, TASS-ın məlumatına görə, bu barədə regionun Sahibkarlığa Dəstək Mərkəzinin rəhbəri Artur Yezaov bildirib.
Onun sözlərinə görə, müqavilə MDB ölkələri ilə həyata keçirilən biznes missiyaları çərçivəsində imzalanıb. Azərbaycanlı iş adamları həmçinin Qaraçay-Çərkəzdən ərzaq məhsullarının, toxuculuq mallarının, tikinti materiallarının idxalına dair razılıq əldə edib.