Azərbaycanda restoranların dövriyyəsi 1 milyard manatı keçib. FED.az Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, yanvar-oktyabr aylarında ölkənin ictimai iaşə dövriyyəsi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,2 faiz artaraq 1 milyard 169,1 milyon manat olub.
Restoranların böyük hissəsi özəl sektorun payına düşür. Özəl sektorda ictimai iaşə dövriyyəsinin 42,3 faizi hüquqi şəxs statuslu müəssisələrin, 57,7 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2017-ci ilin eyni dövrü ilə müqayisədə 6,0 faiz artaraq 489,0 milyon manat olub.