Bu ilin yanvar-avqust aylarında Azərbaycan 1,277 milyard ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac edib.
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nda bildirilir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17% çoxdur.
Hesabat dövründə Rusiyaya 427,1 milyon dollar (ümumi ixracın 33,4%-i), Türkiyəyə 278,6 milyon dollar (ümumi ixracın 21,8%-i), İsveçrəyə 111,5 milyon dollar (ümumi ixracın 8,7%-i), Gürcüstana 110,4 milyon dollar (ümumi ixracın 8,7%-i), İtaliyaya isə 33,5 milyon dollar (ümumi ixracın 2,6%-i) dəyərində qeyri-neft ixracı həyata keçirilib. Son 1 ildə Rusiyaya qeyri-neft ixracı 14%, Türkiyəyə 12%, İsveçrəyə 21%, Gürcüstana 25%, İtaliyaya isə 2,4 dəfə artıb.
Report