2017-ci ildə Azərbaycan Rusiyaya $151 mln. 196,01 min məbləğində pomidor ixrac edib.
Bu barədə hökumətdən məlumat verilib.
“Ötən il Azərbaycan Rusiyaya $151 mln. 196,01 min məbləğində 153 min 204 77 ton həcmində təzə və ya soyulmuş pomidor ixrac edib. 2016-cı ildə Rusiyaya $93 mln. 955,02 min məbləğində 100 min 645,69 ton pomidor ixrac olunub. Beləliklə, 2017-ci ildə ixracın həcmi say ifadəsi ilə 52,2%, dəyər ifadəsi ilə 60,9% artıb”, - hökumətdən qeyd ediblər.
Ümumilikdə, 2017-ci il ərzində Azərbaycandan pomidor ixracının 99,8%-i Rusiyanın payına düşüb.
İnterfaks-Azərbaycan