2023-cü ilin yanvar-avqust ayları ərzində 143,4 milyon dollar dəyərində pambıq mahlıcı edilib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Həmin göstəricinin həcmi ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 60 milyon dollar və ya 71,9% artıb.
Qeyd edək ki, 2022-ci ilin eyni dövründə 83,4 milyon dollar dəyərində pambıq mahlıcı ixrac edilib.