Tədbirin “Qızılı” Partnyoru Bank Respublikadır.
FED.az xəbər verir ki, Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) tərəfindən “Mikromaliyyə yol kəsişməsində: rəqəmsal erada dayanıqlı inkişaf” adlı konfrans və 6-cı İnvestorlar Yarmarkası keçiriləcək.
AMFA–nın 6-cı İnvestorlar Yarmarkası Assosiasiyamız tərəfindən iki ildən bir keçirilən, Azərbaycanda mikromaliyyə sektorunda ən mötəbər tədbirlərdən biridir. Tədbirdə dövlət qurumlarının, xarici və yerli investorların, bank olmayan kredit təşkilatlarının, bankların, lizinq şirkətlərinin, mikromaliyyə təşkilatlarına xidmət göstərən şirkətlərin nümayəndələri bir araya gələcəklər.
Bu il tədbirimizin mövzusu:
➡ “Mikromaliyyə yol kəsişməsində: rəqəmsal erada dayanıqlı inkişaf”
Tədbirin keçirilmə tarixi: 4 Oktyabr 2019-cu il, Bakı, Azərbaycan
Ətraflı məlumat üçün tədbirin saytına daxil ola bilərsiniz: www.fair.amfa.az
İnvestorlar Yarmarkası iki plenar sessiyadan və B2B görüşlərdən ibarət olacaqdır:
- Rəqəmsal erada risklərin idarə olunmasi perspektivləri;
- Dayanıqli inkişaf üçün partnyorluq;
- B2B görüşlər mikromaliyyə təşkilatları, mikromaliyyə sektoruna maraq göstərən banklar və sosial və kommersiya məqsədli investorlar, texniki xidmət təminatçıları arasında işgüzar saziş və partnyorluq imkanlarını gücləndirmək üçün təşkil olunacaqdır.
➡Qeydiyyatdan keçməyə tələsin: www.fair.amfa.az
İnvestorlar Yarmarkasında Partnyor və ya Məruzəçi olmaq üçün, zəhmət olmazsa, [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlayın.
Yarmarkada çıxışlar Azərbaycan və ingilis dillərində olacaqdır və hər iki dildə sinxron tərcümə təmin ediləcəkdir.
Sizi AMFA-nın 6-cı İnvestorlar Yarmarkasında görməkdən çox şad olarıq!