Azərbaycan Mərkəzi Bankı (VÖEN: 9900071001) açıq tender elan edir.
FED.az xəbər verir ki, tender firewall dəyişikliyi və monitorinqi alətinin dəstəklənməsinin (abunəliyinin) satın alınmasına aiddir. Satınalmanın ehtimal olunan qiyməti 54 min 973 manat 65 qəpik təşkil edir.
Tender 3 noyabr 2025-ci il tarixində dərc olunub. Təkliflərin son təqdim olunma tarixi 27 noyabr 2025-ci il, saat 17:00-dır. Zərflərin açılışı da həmin tarixdə, saat 17:00-da baş tutacaq.
İştirak haqqı 110 manat, istifadə haqqı isə 25 manatdır.
Əlaqələndirici şəxs: Günay Əhmədli – Aparıcı mütəxəssis
Əlaqə: [email protected], +994 12 493 50 58
İddiaçılar təkliflərini 27 noyabr 2025-ci il tarixinədək AZ1014, Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 90 ünvanına təqdim edə bilərlər.













