5-9 oktyabr tarixlərində Almaniyanın Köln şəhərində “Anuga 2019” beynəlxalq ərzaq sərgisi keçiriləcək.
FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyindən bildirilib ki, sərgidə Azərbaycan qida sənayesi məhsulları istehsalı ilə məşğul olan 18 yerli şirkətlə təmsil olunacaq.
Eləcə də bax: "Azərbaycanda 154 alman şirkəti - FƏALİYYƏT GÖSTƏRİR"
Qeyd edək ki, “Anuga 2019” dünyanın ən böyük ərzaq sərgilərindəndir. Sərgidə hər il dünyanın 100-dən çox ölkəsindən şirkətlər təmsil olunur.