Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ("Azpromo") ölkədə qida sənayesi sahəsində fəaliyyət göstərən sahibkarları beynəlxalq sərgidə iştiraka dəvət edib.
Eləcə də bax: 20-dən çox Azərbaycan şirkəti Çində - Sərgidə İştirak Edir
FED.az xəbər verir ki, Fonddan verilən məlumata görə, gələn ilin 21-25 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində "Gulfood" beynəlxalq qida sərgisi keçiriləcək.
Sərgidə iştirak şərtləri barədə ətraflı məlumatı İqtisadiyyat Nazirliyinin və "Azpromo"nun rəsmi internet səhifələrində əldə etmək olar. (Apa)