Yanvarın 17-26-da Almaniyanın paytaxtı Berlində qida, kənd təsərrüfatı və bağçılıq sahəsində ənənəvi “Beynəlxalq Yaşıl Həftə” (“International Green Week”) sərgisi keçiriləcək.
FED.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Eləcə də bax: Omanda Azərbaycan - MƏHSULLARININ PAVİLYONU AÇILACAQ
Məlumata görə, nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə baş tutacaq sərgidə qida, şərab və digər spirtli içki istehsalı, eləcə də kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 11 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirəcək. Sərgi çərçivəsində Azərbaycan sahibkarları görüşlər keçirəcək, ixraca dair müzakirələr aparacaqlar.
Dünyanın 70-dən çox ölkəsindən 1500-dən çox şirkətin iştirak etdiyi və Avropanın ən iri sərgisi hesab olunan “Beynəlxalq Yaşıl Həftə" sərgisində Azərbaycan 12-ci dəfə təmsil olunacaq.