Regionun ən təhlükəsiz DATA mərkəzi Azərbaycanda mövcuddur.
FED.az xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında çıxışı zaman deyib.
O bildirib ki, elmi tədqiqatların aparılması zamanı informasiya təhlükəsizliyi, böyük məlumatların ötürülməsi kimi məsələlərə xüsusi diqqət yetirilməlidir:
"Ölkənin davamlı inkişafını təmin etmək üçün qeyri-neft sektoru, o cümlədən informasiya-kommunikasiya və yüksək texnologiyalar sahəsi uğurla inkişaf edir. İnkişaf strategiyasında elm və texnologiyalar yüksək yer tutur. Qarşıda duran vəzifələrdən biri bu sahədə islahatların genişləndirilməsidir. Ölkədə bu sahədə ciddi addımlar atılır, texnoloji parklar, sənaye zonaları, biznes inkubatorları yaradılır və innovativ ideyaların dəstəklənməsi üçün imkanlar genişləndirilir".
Nazir onu da əlavə edib ki, yeni led işıqların hazırlanması istiqamətində də uğurlu nəticələr var və bu istiqamətdə sınaqlar həyata keçirilir.