Azərbaycan - Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının (KƏŞ) üzv ölkələri biznes-forumu keçiriləcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) məlumatına görə, 19-20 oktyabr 2017-ci il tarixlərində İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə Bakıda Azərbaycan - KƏŞ ölkələri biznes-forumu keçiriləcək.
Foruma Körfəz ərəb olkələrinin iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən şirkətlərinin qatılacağı gözlənilir.
Azərbaycan şirkətləri ilə B2B görüşlər oktyabrın 20-də Bakı Biznes Mərkəzində təşkil olunacaq.