Dekabrın 6-da Bağdad şəhərində Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə birgə Komissiyanın 3-cü iclası çərçivəsində 1-ci İraq-Azərbaycan biznes forumu keçirilib.
Bağdadda Azərbaycan-İraq biznes-forumu - KEÇİRİLƏCƏK
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) FED.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi, KOBİA və İraq Ticarət Palataları Federasiyasının birgə təşkilatçığı ilə keçirilən tədbirdə hər iki ölkədən rəsmi şəxslər və iş adamları iştirak ediblər. Biznes forumda Azərbaycan tərəfindən qida, mebel, logistika, tikinti, turizm, sənaye və s. sahələrdə fəaliyyət göstərən şirkətlər təmsil olunub.
Tədbirdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, İraqın Baş nazirinin müşaviri Əli Nasir Əl-Əsədi, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və İraq Ticarət Palataları Federasiyasının vitse-prezidenti Zaman Sahib ölkələrimiz arasındakı iqtisadi-ticarət əlaqələri, biznes dairələri arasında əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri, qarşılıqlı investisiya qoyuluşu imkanları barədə məlumat verib, fikir mübadiləsi aparılıb. Biznes forumda Azərbaycan-İraq Biznes Şurasının yaradılması barədə razılıq əldə edilib.
Biznes forum çərçivəsində həmçinin Azərbaycan və İraqın müvafiq qurumları tərəfindən təqdimatlar, iş adamları arasında B2B görüşlər keçirilib.