Prezident İlham Əliyev "Azərbaycan İnvestisiya Holdinqinin Nizamnaməsi"ndə dəyişiklik edib.
FED.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, Holdinqin Müşahidə Şurasına Prezidentin müəyyən etdiyi hallarda, dövlət müəssisələrinin icra orqanının üzvlərini, o cümlədən rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad etmək vəzifəsi verilib.
***
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 7 avqust tarixli 1120 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 7 avqust tarixli 1120 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 8, maddə 1023 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin Nizamnaməsi”nə aşağıdakı məzmunda 4.7.19-1-ci yarımbənd əlavə edilsin:
“4.7.19-1. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda, dövlət müəssisələrinin icra orqanının üzvlərini, o cümlədən rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad etmək;”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 fevral 2024-cü il