Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) sahibkarlara müraciət edib.
AZPROMO-dan FED.az-a bidirilib ki, Belarusun Vitebsk, Orşa, Polock, Novopolock və Postavı şəhərlərində yerləşən “Vitebsk” Azad İqtisadi Zonası yeni rezidentlərin axtarışında, o cümlədən Azərbaycan rezidentləri ilə əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlıdır.
“Vitebsk” ilə əməkdaşlıq etmək istəyən rezidentlər AZPROMO-ya müraciət edə bilərlər.