Azərbaycan Özbəkistanda ən çox şirkət təsis edən xarici ölkələr arasında ilk onluqdadır.
FED.az xəbər verir ki, bu barədə Özbəkistan Dövlət Statistika Komitəsinin 2018-ci ildə xarici investorların sərmayəsi ilə qurulan şirkətlər haqqında yaydığı məlumatda bildirilir.
Məlumata görə, Azərbaycan bu ölkədə ən çox şirkət quran ölkələr sırasında 10-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, siyahının birinci pilləsində Rusiya, ikinci pilləsində qardaş ölkə Türkiyə qərarlaşıb. İlk üçlüyün sonuncu hegemonu isə Çindir.
Eləcə də bax: Özbəkistan da iqtisadiyyatını “kölgədən” çıxarır