Noyabrın 27-dən 29-dək Tokioda “Japan Food Expo Fair” (Yaponiya qida məhsulları ixracatı) sərgisi açılacaq. Üçüncü dəfə təşkil edilən sərgiyə azərbaycanlı iş adamları da qatılacaqlar.
FED.az xəbər verir ki, bu barədə Bakıda fəaliyyət göstərən “Foodstaff Co.LTD” şirkətinin prezidenti Tsuyoşi Kaneda məlumat verib. Qeyd edib ki, Yaponiya Kənd Təsərrüfatı, Meşəçilik və Balıqçılıq Nazirliyinin təşkili etdiyi sərgidə 700-dək şirkətin nümayəndələrinin iştirak edəcəyi gözlənilir.
Eləcə də bax: Azərbaycan Çində ikinci Ticarət Evi açacaq - MÜQAVİLƏ İMZALANIB
T.Kaneda əlavə edib ki, beş şirkəti təmsil edəcək doqquz nəfər iş adamından ibarət Azərbaycan nümayəndə heyəti sərgidə nümayiş olunan Yaponiya qida məhsullarının ölkəmizə idxalı imkanlarını araşdıracaq, bu məqsədilə yapon şirkətləri ilə müzakirələr aparacaq. Nümayəndə heyətinin tərkibinə Azərbaycanı təmsil edən supermarket və restoranların menecerləri daxildirlər.
Üç gün davam edəcək sərgi noyabrın 29-da başa çatacaq.
Azərtac