2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanın fiziki və hüquqi şəxslərinin xaricə ixrac etdiyi qeyri-neft məhsulları ilə bağlı yeni rəqəmlər açıqlanıb.
FED.az xəbər verir ki, bu siyahıya sahibkar Şirinov Emin Valeh oğlu başçılıq edir. Bu ilin ilk 11 ayında onun ixracının həcmi 117,8 milyon dollara yüksəlib.
Son bir ildə sahibkar ixracının həcmini təqribən 3 dəfə artırıb, xatırladaq ki, ötən ilin eyni dövründə Emin Şirinov xaricə 41,5 milyon dollarlıq məhsul ixrac etmişdi.