“Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə yeni icraçı direktor təyin olunacaq. FED.az xəbər verir ki, bu vəzifəni bu günə qədər Rövşən Nəcəf icra edirdi.
Prezident İlham Əliyevin imzaladığı sərəncamla o, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri təyin edildiyindən hazırda icraçı direktor vəzifəsi boşdur.
“Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru vəzifəsi Müşahidə Şurası tərəfindən təyin edilib, vəzifəsindən azad edilir.
Qeyd edək ki, “Azərbaycan İnvestisiya Şirkəti” (AİŞ) 2006-cı ildə yaradılıb və əsas məqsədi mövcud və yeni kommersiya müəssisələrinə yerli və xarici investorlar cəlb etməklə və öz vəsaiti hesabına müddətli investisiya qoyuluşları vasitəsilə Azərbaycan ərazisində iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsidir