FED.az xəbər verir ki, İsveçrənin “Stadler” şirkəti FLIRT elektrik və dizel sərnişin qatarlarını Azərbaycana satacaq.
Eləcə də bax: Yaxın üç ildə Bakıya 12 yeni metro qatarı - GƏTİRİLƏCƏK
Bu barədə şirkətə istinadən məlumat verilir.
“Azərbaycan Dəmir Yolları” QSC və “Stadler” 10 FLIRT qatarının tədarükü üçün 115 milyon dollar məbləğində müqavilə imzalayıb.
Bu qatarlardan dördü dizel-elektrik ötürücüsü ilə təchiz olunacaq, altısı isə elektrik vasitəsilə idarə olunacaq.