"İki ölkə arasında qeyri-neft sektorunda ikitərəfli ticarət əlaqələri sürətlə inkişaf edir".
FED.az "Report"-a istinadən xəbər verir ki, bunu BƏƏ-nin Azərbaycandakı səfiri Muhammed al Qubeysi çıxışında bildirib.
Eləcə də bax: Rusiyadan Bakıya - YENİ TƏYYARƏ REYSİ AÇILIR
Tədbirdə M.Cabbarov vurğulayıb ki, Azərbaycan BƏƏ-yə 350 mln. dollar investisiya yatırıb: "BƏƏ də Azərbaycana 2 milyard dollar investisiya yatırıb. Bunun da 900 mln. dolları qeyri-neft sektoruna qoyulub.
Tədbirdə Azərbaycan İqtisadiyyat naziri Mikayıl Cabbarov, BƏƏ-nın İqtisadiyyat naziri Sultan Bin Səid Əl Mənsuri, BƏƏ-nin Azərbaycandakı səfiri və digər qurumların təmsilçiləri iştirak ediblər.
Ticarət məclisində BƏƏ tərəfindən 20-dən çox nümayəndə iştirak edir.
Qeyd edilib ki, cari ilin doqquz ayında Azərbaycan ilə BƏƏ arasında ticarət dövriyyəsinin həcmi 22,56 faiz artıb.