Biznes

Azərbaycan holdinqlərini tanıyaq - "CAHAN HOLDİNQ"

Azərbaycan holdinqlərini tanıyaq - "CAHAN HOLDİNQ" | FED.az
09:13 5 Dek 2019

Azərbaycanda fəaliyyət göstərən holdinglərdən biri də “Cahan Holding”dir.

1995-ci ildə təsis edilən Holdinq Naxçıvan Muxtar Respublikası ilə bağlıdır, “Cahan Holdinq”in xidmət sahələri Bakıda, istehsal sahələri isə Naxçıvanda yerləşirıib, prezidenti Vüqar Abbasovdur.

FED.az quruma istinadən xəbər verir ki, "Cahan Holdinq" hazırda 22 əsas və bir neçə törəmə şirkəti birləşdirir.

Eləcə də bax:"İri holdinqlər yaradaq, ancaq 2 şərtlə" - İQTİSADÇI RƏYİ  

Cahan Holdingin xidmət sektorunda fəaliyyət göstərən şirkətləri Bakıda , istehsal sahəsi isə Naxçıvanda yerləşir. Bundan başqa holdinqin Türkiyədə və Yaxın Şərqdə fəaliyyət göstərir.

Holding avtomobil biznesi və texniki xidməti, tütün və çay məmulatları istehsalı, tikinti materialları və istilik sistemləri istehsalı, ticarət, turizm, tikinti sahələrində brendlərin rəsmi nümayəndəsidir.

Bir qədər əvvəl Azərbaycanın ən byöük avtomobil istehsalı müəssisələrindən biri - Naxçıvan Avtomobil Zavodu (NAZ) da «Cahan Holdinq»in nəzarətinə keçib.

Qeyd edək ki, hazırda “Cahan Holding”ə daxil olan şirkətlər aşağıdakılardır.

“Cahan Pen” MMC (plastik (PVC) Bu şirkətin Azərbaycanda satılan yerli profillərin və boruların 50 faizinin bu şirkətin payına düşdüyü bildirilir. Şirkətin profilləri Rusiya, Qazağıstan və digər MDB ölkələrinə ixrac edilir. Naxçıvanda fəaliyyət göstərir.

“Cahan Tea” MMC ( çay şirkətidir) . Şirkət “Əlincə”, “Tudor”, “Araz çay” və “Sterlinq” markalı çaylarını istehsal edir. “Cahan Tea” şirkəti “Ahmad” və “Alokozay” çay brendlərinin Azərbaycanda rəsmi nümayəndəsidir. Naxçıvanda fəaliyyət göstərir.

“Cahan Ticarət” MMC ( Avropadan qida malları gəitirir, “Unilever” transmilli İngiltərə-Hollandiya şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsidir) . Şirkət 2005-ci ildə Naxçıvanda yaradılıb.

“Cahan Tobacco” MMC – (“Visore”, “Nova” və “Fine” markalı filtrli siqaretlər istehsal olunur). Şirkət Naxçıvanda yerləşir.

“Cahan Sənaye Kompleksi” ASC - Panel Radiator və Dam Örtükləri istehsal edir. Şirkət Naxçıvanda yerləşir.

“Cahan AVM” MMC – ( Cahan alış-veriş mərkəzi). “Cahan AVM” MMC-nin tərkibində fəaliyyət göstərən ümumi örtülü sahəsi 7200 m2 olan iki satış mağazası, 7800 m2 açıq ərazidə tikinti materiallarının topdan və pərakəndə satış sahəsi mövcuddur.

“Cahan AVM”-də 12300 növdə inşaat materialları, elektrik malları, mebel və aksesuarlarının və digər malların satışı həyata keçirilir. Hal-hazırda “Cahan AVM” MMC-də 245 nəfər daimi işlə təmin olunmuşdur. İçşilər yüksək əmək haqqı, həmçinin gündəlik nahar, evə gedib-gəlmələri üçün servis xidməti, satıcılar və fəhlələr davamlı mövsümi geyimlə təmin olunur. Ticarət mərkəzi Naxçıvanda yerləşir.

“Days Hotel Baku” MMC (4 ulduzlu oteldir) “Wyhdam Otellər Qrupu”nun həqiqi üzvü olan “Days Hotel Baku” 4 ulduzlu otel kimi 29 noyabr 2009-cu il tarixindən fəaliyyətə başlayıb. Bakıda yerləşir.

“Cahan İnşaat” ( binatikintisi həyata keçirir) “Cahan İnşaat” MMC “Cahan Holdinq”in nəzdində 2007-ci ildə yaradılmış, əsas fəaliyyəti yaşayış binalarının təmiri və tikinti tamamlaması ilə başlayıb. Naxçıvanda yerləşir.

“Cahan Red-2 MMC” ( Red Bullun rəsmi distrubuteri) Bakıda yerləşir.

“La Case Del Habano Baku” MMC (siqar şirkətitinin rəsmi nümayəndəsidir) “La Casa del Habano” dünyanın məşhur ticarət markalarından biri olan “Habanos S.A.”-nın mülkiyyətidir. “Cahan Holdinq” Azərbaycanda “La Casa Del Habano” rəsmi nümayəndəsidir. Şirkət Bakıda yerləşir.

“Cahan Motors” MMC ( Opel avtomobillərinin rəsmi nümayəndəsi) 2008-ci ildən Bakıda fəaliyyət göstərir şirkət. Eyni zamanda 2014-cü ildən etibarən şirkət ağır texnikanın servis xidmətlərinə də başlamışdır. “Mercedes” markalı avtobus və yük maşınları, “Caterpiller” iş texnikaları kimi iritutumlu ağır vasitələrin də servis və təmiri işlərini də peşəkar kollektivi ilə həyata keçirməkdədir.

“Cahan General Trading” (Yaxın Şərqdə, xüsusilə BƏƏ-də nümayəndəlik və tikinti işi) Yaxın Şərqdə, xüsusilə BƏƏ-də, “Cahan Holdinq”in nümayəndəliyi olan “Cahan General Trading” 2005-ci ildən mövcuddur. “Cahan Holding” Kommersiya Şirkətləri İttifaqına daxil olan “Cahan General Trading” bir neçə ölkədə “Cahan Holdinq”in maraqlarını təmsil edir. Şirkət baş ofis və potensial tərəfdaşlar arasında əlaqə qurmaqla məşğuldur.

“Cahan İstanbul” (ixrac əməliyyatları həyata keçirir)Şirkət 2010-cu ildən istanbulda fəaliyyət göstərir.

“Gənclər şəhəri Cahan İnşaat” Şəhərcik Naxçıvanda yerləşir. Kompleks 6 blok və 456 mənzildən ibarətdir.

“CTİ Tobagro2 - Tütün Yetişdirmə Mərkəzi 2017 ci il mart ayından faliyətə başlayıb. Kəngərli rayon Xıncab kənd ərazisində 2.6 ha ərazidə qurulub

Holdingin maliyyə tərəfdaşları Azərbaycan Beynəlxalq Bankı, Türkiye İş Bankası, Türkiyə Garanti Bankası, İsveçrə Vontobel Bankı, Commercial Bank of Dubai və Naxçıvanbankdır.

"Cahan Holdinq"in xarici tərəfdaşları arasında Red Bull, Opel, Wynhdam, Akbar, Hamanos, Davidoff, Scandinavian Tobacco Group və Petkim kimi şirkətlər yer alıb.

Məlumat üçün bildirək ki, "Cahan Holdinq" maliyyə göstəriciləri barədə heç bir hesabat verməyib.

Digər xəbərlər

Banner