“AF Holdinq” Rusiyanın “Trast” dövlət bankından Moskvada avtobazar ilə ticarət-anbar kompleksi alıb.
FED.az xəbər verir ki, “Trast” dövlət bankı Varşava şossesi, 170 ünvanında avtobazar ilə ticarət-anbar kompleksini satıb. Obyekt 2,6 mlrd. rubl məbləğ ilə satışa çıxarılıb. Bankdan məlumat verilib ki, yekun qiymət gözləntilərdən artıq olub. Lakin məbləği, həm də alıcının adını qeyd etməyiblər”, - nəşr bildirir.
Kompleks Cənubi Çertanovo rayonunda “Annino” metro yaxınlığında yerləşir. Anbar yerlərinin sahəsi 11 min kv. metr, torpaq sahəsi 21,7 hektardır. Aktiv 2019-cu ilin mart ayında “Rost Bank”ın birləşməsindən sonra “Trast”a ötürülüb. Daşınmaz əmlak “Rusinkom” SC şirkətinin adına rəsmləşdirilib.
“AF Holdinq”in struktrları alıcı qismində çıxış edib. Bu, developerin paytaxtda ilk layihəsi olacaq”, - məlumatda deyilir.
“AF Holdinq” kommersiya və yaşaylş daşınmaz əmlak tikintisində ixtisaslaşır. “Uğur-97” tikinti şirkəti, “AFSAN Plastik” zavodu, “AF Mall” və “AFcom Plaza” ticarət mərkəzləri, “AF Hotel Aqua Park” mehmanxana kompleksi və Bakıda avkaparklar holdinqə məxsusdur. Həmçinin şirkət London və Frankfurtda ofislərə malikdir.
Marja