Dubayda Azərbaycan İnvestisiya Holdinqi və “Dubai Logistics World” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
Eləcə də bax: Azərbaycan və BƏƏ arasında bir sıra sənədlər - İMZALANIB
FED.az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, Memorandum ölkəmizin “Dünya Logistika Pasportu” (WLP) təşəbbüsünə qoşulmasıbı, Azərbaycanın beynəlxalq ticarətlə məşğul olan şirkətlərinin regional WLP mərkəzlərin təqdim etdiyi üstünlüklərə birbaşa çıxışının əldə olunması sahəsində əməkdaşlığı nəzərdə tutur.
Mikayıl Cabbarovun “DP World” şirkətinin sədri və baş icraçı direktoru Sultan Ahmed Bin Sulayemlə görüşündə sənaye zonaları və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə əməkdaşlığın genişləndirilməsi və əlaqələrin inkişafı üçün potensial sahələr nəzərdən keçirilib.