Banner

Biznes

Azərbaycan hökuməti KOB İnkişaf Fondunun yaradılmasını - Razılaşdırır

Azərbaycan hökuməti KOB İnkişaf Fondunun yaradılmasını - Razılaşdırır | FED.az
10:57 25 Fev 2021

“Uzun müddətdir ki, üzərində işlədiyimiz kiçik və orta biznesin (KOB) İnkişaf Fondunun yaradılması layihəsi hazırda hökumətdaxili razılaşdırma mərhələsindədir".

Eləcə də bax: Azərbaycanda KOB-ların dövlət satınalmalarında iştirakına - Dəstək Veriləcək

FED.az xəbər verir ki, bunu "Pandemiya sonrası perspektivlər: Rəqəmsallaşmaya doğru" mövzusunda onlayn keçirilən 10-cu Azərbaycan Mikromaliyyə Konfransında, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Mehman Abbas deyib.

"Fondun fəaliyyətə başlaması ilə KOB-ların maliyyələşdirilməsində effektiv mexanizimin formalaşacağını gözləyirik. Koronavirus (COVID-19) pandemiyası fəaliyyət gündəliyinə yeniliklər gətirib. Ötən il bütün dünyada ümumi daxili məhsulun 4% azalması Azərbaycandan da yan keçməyib. Pandemiyanın biznes mühitinə kəskin təsiri olub", - o qeyd edib. (Report) 

Banner
Banner

Digər xəbərlər