“Azərbaycan Hava Yolları” QSC könüllü tibbi sığorta xidmətinin satın alınması üçün açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirakçılar [email protected] elektron poçt ünvanına yazılı müraciət etməklə prosedurun şərtlər toplusunu əldə edə bilərlər.
Təkliflərin təqdim olunması üçün son tarix 16 iyul 2025-ci il saat 14.00-dəkdir.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Prosedur üzrə əlaqələndirici şəxs – Veronika Oborskaya, İnnovativ və marketinq məhsullarının təchizatı şöbəsinin layihə rəhbəri, [email protected], iş – (+99412) 4972600 daxili 4258.