Azərbaycanda idxal-ixrac əməliyyatlarında sadələşdirilmiş prosedurlardan istifadə edən şirkətlər məlum olub.
FED.az xəbər verir ki, belə şirkətlərin sayı 470-dir. Onlardan 288 şirkət ölkəyə idxal əməliyyatları, 182 şirkət isə ixrac əməliyyatları zamanı sadələşdirilmiş prosederlardan və nəzarət rejimindən istifadə edirdər.
Eləcə də bax: Gömrükdə "Yaşıl işıq" olan sahibkarlarla - GÖRÜŞ KEÇİRİLİB
Bu şirkətlərin adları Dövlət Gömrük Komitəsinin «Yaşıl Dəhliz» istifadəçilərin siyahısındadır. Komitənin məlumatına görə, «Yaşıl Dəhliz» buraxılış sisteminin məqsədi qanunvericiliyə riayət edən xarici ticarət iştirakçıları üçün daha əlverişli şərait yaratmaq, biznesin dövlət tənzimləmə mexanizmlərinin effektivliyini artırmaq, könüllü riayət mədəniyyətini formalaşdırmaq, risk qiymətləndirilməsi və gömrük auditi əsasında gömrük nəzarətini və rəsmiləşdirilməsini daha çevik və şəffaf həyata keçirməklə fiziki gömrük yoxlamalarını minimuma endirmək, ölkənin ixrac potensialını gücləndirmək, məmur-sahibkar münasibətlərini müasir idarəçilik prinsiplərinə uyğun olaraq inkişaf etdirmək və mövcud resurslardan daha optimal istifadəni təmin etməkdir.
Beləliklə
İxrac əməliyyatları üzrə «Yaşıl dəhliz»dən daimi istifadə hüququ verilmiş – ŞİRKƏTLƏRİN SİYAHISI
İdxal əməliyyatları üzrə «Yaşıl dəhliz»dən daimi istifadə hüququ verilmiş - ŞİRKƏTLƏRİN SİYAHISI