“Azərbaycanda şərabçılıq sahəsində böyük potensialı mövcuddur”.
FED.az xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Fransa biznes forumunda Fransız Şirkətlər Birliyinin (MEDEF) prezidenti Jofrua De Bezyo bildirib.
Eləcə də bax: «Məhsulu xaricə iki qat qiymətə sata biliriksə niyə də satmayaq» – ÇİYƏLƏK BİZNESİ
O, Azərbaycan şərablarının Fransaya ixrac edilməsinin vacibliyini qeyd edib: “Azərbaycan şərabları rəqabətqabiliyyətlidir”.
J.De Bezyo həmçinin Azərbaycanın böyük turizm potensialının olduğunu deyərək bu potensialdan Fransa şirkətlərini yararlanmağa çağırıb.