Azərbaycan bal istehsalçıları hazırda ərəb ölkələrinə bal ixracı ilə bağlı danışıqlar aparır”.
FED.az xəbər verir ki, bunu “Report”a Azərbaycan Arıçılar Assosiasiyanın sədri Bədrəddin Həsrətov bildirib.
Onun sözlərinə görə, BƏƏ-nin Dubay şəhəri və İordaniya ilə bir neçə şirkət əlaqə yaradıb: “Dubaya az miqdarda sınaq üçün nümunələr göndərilib. İordaniya ilə danışıqlar aparılır və onlar artıq 50 tona yaxın balın alınması dair istəklərini bildiriblər”.
B.Həsrətov bu ilki istehsal həcmlərə toxunaraq diqqətə çatdırıb ki, bu il arıçılıqda bol məhsuldarlıq əldə edilib: “Bu il Azərbaycanda 6 min ton bal istehsal edilib. Ən yüksək göstərici Şəki-Zaqatala bölgəsinə aiddir. Amma ümumiyyətlə bütün bölgələr üzrə göstərici yaxşıdır. Arıçıllığın inkişafına subsidiyaların verilməsi və ümumiyyətlə dövlətin bu sahəyə diqqəti
müsbət təsir edib. Bu, arıçılıqda stimul yaradır, arı ailələrin sayı isə sürətlə artmağa başlayıb”.
Assosiasiya sədri bildirib, ki cins tərkibini yaxşılaşdırmaq üçün arılarda xeyli iş aparılır.