2017-ci il ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 22 mlrd. 593 mln. 631,99 min ABŞ dolları təşkil edib. FED.az xəbər verir ki, bunun 13 mlrd. 811 mln. 624,44 min dolları ixracın payına düşür. Bəs, Azərbasycan dövlət büdcəsinin gəlirləri nədən formalaşıb?
Gömrük komitəsindən açıqlanan statistikaya əsasən bu, ötən ilin müvafiq dövrünə nisbətən 27,82% çoxdur. Ötən il ərzində idxal əməliyyatları 8 mlrd. 782 mln. 7,55 min dollar olub ki, bu da 2016-cı ilin göstəriciləri ilə müqayisədə 2,92 yüksəkdir.
Hesabat dövründə ölkənin ixrac əməliyyatları 13 mlrd. 811 mln. 624,44 min dollar təşkil edib, yəni 2016-cı ilin göstəriciləri ilə müqayisədə 51,05% çoxdur. İxracın strukturuna baxsaq, demək olar ki, büdcənin 77.52 faizini xam neft təşkil edir. Qara qızılın statistik dəyəri isə 10 706 817.77 min dollar olub. Azərbaycan həmçinin, 339 159.34 min ABŞ dolları dəyərində neft məhsulları satıb ki, bu da daxilolmalarda 2.46% paya malikdir. Təbii qaz satışından əldə olunan büdcə gəlirləri 8.64% ilə 1 193 712.38 min dollar dəyərində olub. Beləliklə, büdcənin 88,62%-i neft, neft məhsulları və təbii qazın satışından formalaşıb.
Xaricə ixrac edilən məhsullardan 3.64%, yəni 502 826.59 min dolları meyvə-tərəvəzin payına düşür. Büdcə gəlirlərinin 0.85% isə alüminium və ondan hazırlanan məmulatların satışından daxilolmalar üzrə formalaşıb.
İxracla idxalın müqayisəsi isə 5 mlrd. 29 mln. 616,89 dollar məbləğində müsbət saldo yarandığını göstərir.
Azərbaycan ən çox nədən qazanır: Satdığımız məhsulların SİYAHISI
13:10
15 Yan 2018