Azərbaycanda 2020-2023-cü illər üçün dövlət investisiya proqramının əsas istiqamətləri açıqlanıb.
FED.az xəbər verir ki, 2020-ci ildə investisiyaların ümumi həcmi 4,9 mlrd. manat, 2021-ci ildə 3,6 mlrd. manat, 2022-ci və 2023-cü illərdə isə müvafiq olaraq 3,4 mlrd. manat və 4,9 mlrd. manat olacağı proqnozlaşdırılır.
Eləcə də bax: ABŞ-da kredit tarixçəsinin qurulması – İLK KREDİT KARTI NECƏ ALINIR?
Sərmayələrin əsas hissəsi infrastruktur layihələrinə yönələcəyin gözlənilir. Proqnozlara görə, bu sahədə 2020-ci ildə 3,7 mlrd. manat, 2021-ci ildə 2,5 mlrd. manat, 2022-ci ildə 2,3 mlrd. manat, 2023-cü ildə isə 3 mlrd. manat ayrılacağı gözlənilir.
Digər istiqamətləri nəzərə aldıqda, sosial yönümlü layihələrə kifayət qədər vəsait ayrılacağı proqnozlaşdırılır. Belə ki, sözügedən sahəyə 2020-ci ildə 0,8 mlrd. manat, 2021-ci ildə 0,6 mlrd. manat, 2022-ci ildə 0,6 mlrd. manat, 2023-cü ildə isə 0,8 mlrd. manat yönələcəyi planlaşdırılır.
Planda olan müdafiə və hüquq-mühafizə orqanlarına yatırılacaq sərmayə yüksək prioritet kəsb edir. Gələn il sözügedən orqanlara 0,2 mlrd. manat sərmayə yatırılması gözlənilir. Bu rəqəmin 2021-ci ildə 0,13 mlrd. manata düşməsi, lakin 2022-2023-cü illərdə müvafiq olaraq 0,15 mlrd. və 0,18 mlrd. manata artırılacağı proqnozlaşdırır.
2020-ci ildə institusional layihələrə investisiya yatırımı nəzərdə tutulmayıb, 2021-2022-ci illərdə isə bu layihələrə hər il 0,2 mlrd. manat sərmayə qoyulacağı gözlənilir. Bu rəqəm 2023-cü ildə 0,4 mldr. manata çatacağı proqnozlaşdırılır.
Ümumiyyətlə, 2020-2023-cü illərdə dövlət investisiya proqramı çərçivəsində 17 mlrd. manata yaxın sərmayə cəlb olunacağı gözlənilir ki, bunun da təxminən 3,1 mlrd. manatı xarici kreditlər hesabına reallaşdırılacaq.
Apa