Azərbaycan Vergilər Nazirliyi “Avrasiya ölkələri üçün Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi” (BEPS) layihəsində üzvlük statusunun alınması ilə bağlı araşdırmalar aparır.
FED.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Vergilər nazirinin müavini İlkin Vəliyev deyib.
Eləcə də bax: Azərbaycanda vergi borcunu - BELƏ ALIRLAR – ÜSULLAR
Onun sözlərinə görə, bunun üçün 15 tələb var, vergi orqanları bu tələblərə tam uyğunlaşmalıdır ki, BEPS-ə daxil olsunlar: "Burada 4 əsas tələb mövcuddur ki, biz bu tələblərin bir çoxunu qarşılamışıq".
Nazir müavini əlavə edib ki, burada söhbət beynəlxalq vergitutma ilə bağlıdır.
"Bir çox ölkələrdə transmilli şirkətlər mövcuddur ki, onlar mənfəətlərini bir ölkəyə deyil, bir çox ölkələrə yönəldə bilərlər. Bu da istər informasiya mübadiləsi aparmaqla, istərsə də qiymətqoymaya nəzarət etməklə, həmin mənfəətin yerləşdiyi ölkədə vergiyə cəlb edilməsi deməkdir", - deyə nazir müavini əlavə edib.
Apa