Bütün dünyada olduğu kimi, Azərbaycanda da noyabrın sonuncu həftə sonu «Black Friday» endirimləri ilə qeyd edilir.
FED.az xəbər verir ki, artıq ölkədə onlarla şirkət, o cümlədən yerl bank və satış şəbəkələri «Black Friday» münasibətilə endirimlərə başlayıblar.
Azərbaycan Beynəlxalq Bankı - ABB
Azərbaycan Beynəlxalq Bankı – ABB - Black Friday münasibətilə eyni zamanda bir neçə kampaniya keçirir. Bunlar mağazalarda taksit və güzəştlə satış, ABB-nin kartlarının endirimlə satışı, satış zamanı hədiyyələr, banklar kredit alındıqda edilən güzəştlər və sairi əhatə edir. ABB-nin «Black Friday» endirimləri aşağıdakılardır.
ABB müştəriləri Black Friday münasibəti ilə 22-25 noyabr tarixlərində NLT, Bytelecom, SmartOn və ASUS Brandstore mağazalarında bütün məhsulları 24 ay taksitlə əldə edə bilərlər.
Black Friday münasibəti ilə 22-25 noyabr tarixlərində nağd pul krediti alan müştərilər, TamKart debet kartını 65% endirimlə əldə edə biləcəklər. Kampaniya çərçivəsində TamKart debet kartları hərkəsə 30% endirimlə təklif ediləcək.
«Black Friday» münasibəti ilə 22-25 noyabr tarixlərində ABB miles, «Azercell» kobrend kartları ilə 300 manatdan çox ödəniş edən müştərilər: ABB miles kartlarına 2 000 mil; «Azercell» kobrend kartlarına isə 3 qat bonus hesablanaraq, toplam 2000-ə qədər bonus qazanacaqlar.
«Black Friday» münasibəti ilə 22-25 noyabr tarixlərində TamKart kredit kartına müraciət edən müştərilər, əldə etdikləri yeni TamKartları ilə edəcəkləri 100 manatdan çox alış-verişlərində 10 manat, 300 manatdan çox alış-verişlərində isə 30 manat hədiyyə qazanacaqlar.
Qazanılacaq hədiyyələr 15.12.2022 tarixindən 10 iş günü ərzində müştərilərin kart hesablarına əlavə olunacaq.
YELO BANK
Ölkənin sürətli inkişaf edən aktiv banklarından olan «Yelo Bank»
«Black Friday» münasibətilə bir sıra endirimlər təklif edir.
«Black Friday-də ən çox neçə faiz endirim təklifindən faydalanmısınız: 5, 10, 20 ya 30%?
«Yelo Bank» isə sizə «Yelo Friday» həftəsi çərçivəsində Yelo kart məhsuluna tam 70% endirim təklif edir! Belə ki, Bankın parlaq cashback kartına pulsuz sahib olmaq üçün ilkin mədaxil məbləği aşağıdakı kimi olacaq:
- 3 illik Yelo Light kartı üçün ilkin mədaxil məbləği 100 AZN/USD/EUR,
- 3 illik Yelo Premium kartı üçün isə ilkin mədaxil məbləği 1000 AZN/USD/EUR.
Qeyd edək ki, endirimli təklif yalnız bir həftə, 23-30 noyabr tarixlərində keçərlidir.
Niyə sizin Yelo kartınız olmalıdır?
* Ölkədaxili hər yerdə 1%-dək cashback
* Seçilmiş kateqoriyalarda dövriyyə tələbi olmadan 5%-dək yüksək cashback
* Partnyor şəbəkəsində 30%-dək cashback
* Qalıq balansa illik 6%-dək əlavə gəlir
* Komissiyasız nağdlaşdırma
* Premium kartda isə əlavə premium imkanlar!
«Yelo Bank»ın «Black Friday» münasibətilə digər təklifi komissiyasiz və aşağı faizlə olan kreditlərdir.
Hər ehtiyacınızı qarşılayacaq istehlak krediti üçün siz də Yelo Bank-ın təklif etdiyi “Black Friday” kredit kampaniyasından faydalana bilərsiz. 24-25 noyabr tarixlərində nağd pul krediti komissiyasız, zaminsiz və illik cəmi 13%-lə təklif olunur. Bu hələ hamısı deyil. Əgər sizin artıq Yelo kartınız varsa, məbləğ birbaşa kartınıza köçürülür. Bankın yeni müştərilərinə isə kredit vəsaiti kartla ünvana kimi pulsuz çatdırılır.
Krediti sifariş etmək üçün Bankın istənilən filialına yaxınlaşa və ya vaxtınıza qənaət edərək olduğunuz yerdən onlayn sifariş edə bilərsiniz. Bunun üçün Yelo mobil tətbiqini yükləmək kifayətdir. “Black Friday” kredit kampaniyasından siz də faydalanmağa tələsin – https://bit.ly/ylwpkfg
Həmçinin, 30 noyabradək hər yerdə cashback, qalığa faiz, komissiyasız nağdlaşdırma kimi imkanlar verən Yelo Light və Premium kartlarını endirimlə əldə edə bilərsiniz: https://bit.ly/ylpwjmns
Rabitəbank
Son vaxtlar kredit bazarında və müştəri xidmətlərində aktivliy i ilə seçilən «Rabitəbank» «Black Friday»ı özünə məxsus qaydada – «Green Friday» adlı kampaniyası ilə qarşılayır.
Planları reallaşdırmaq üçün fürsətləri əlçatan edən “Rabitəbank” ASC, bu dəfə «Green Friday» kampaniyası ilə müştərilərini kampaniyadan yararlanmağa dəvət edir. Kampaniya çərçivəsində müştərilər 30 000 AZN-dək krediti 12%-dən, 0% komissiya və sığorta haqqı ilə əldə edə biləcəklər.
Qeyd edək ki, Rabitəbank-ın təklif etdiyi kampaniya yalnız 24, 25 noyabr tarixlərində baş tutacaq. Nağd pul kreditindən faydalanmaq istəyənlər bankın istənilən filialına müraciət edə, həmçinin, saytdan onlayn şəkildə asanlıqla əldə edə bilərlər.
30 000 AZN-dək nağd pul kreditini həmçinin bankın digər əlaqə vasitələrindən:
⇒ Rabita Mobile tətbiqindən;
⇒ RabitaBot çatbotu ilə messencer və ya teleqram vasitəsilə;
⇒ 4133 qısa nömrəsinə “Kredit” yazıb göndərərək;
⇒ 133 Çağrı Mərkəzinə zəng etməklə əldə etmək mümkündür.
"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir
«Bank Of Baku»
Davamlı kampaniyalarla gündəmdə olan «Bank of Baku» «Black Friday»a özəl komissiyasiz təklif paketi ilə gəlib.
Bu kampaniya çərçivəsində yalnız 2 gün – 25-26 noyabr tarixlərində, «Black Friday»a özəl olaraq 30.000 AZN-dək Nağd Pul Kreditini, 1 ilə 12.5%, 2 ilə 13.5%, 3 ilə 14.5%, 4 ilə 16.5%-lə komissiyasız əldə etmək olar.
«Express Bank»
«Express Bank»da isə «Black Friday» fürsətləri çoxdan başlayıb! Kampaniyaya əsasən, hər kəs, iş yerindən və maaşından asılı olmadan illik 12% ilə, KOMİSSİYASIZ nağd pul krediti əldə edə bilər. Fürsəti qaçırma, 30 000 manatadək krediti onlayn sifariş edə bilər.
«Unibank»
«Unibank»ın «Black Friday» kampaniyası «UCARD»la bağlıdır. 19-27 noyabr tarixində UCard-la "Black Friday" kampaniyası çərçivəsində WorldTelecom-da bütün məhsulları 65%-dək endirim və 24 ayadək faizsiz taksitlə əldə etmək olar.
«Kontakt Home»
Ölkənin ən aktiv satış şəbəkələrindən olan «Kontakt Home» qlobal endirim kampaniyası olan «Black Friday» münasibətilə satış qiymətlərində ciddi endirimlər edib. Belə ki, yalnız noyabrın 28-dək bütün «Kontakt Home» və «Kontakt Smart» mağazalarında, həmçinin kontakt.az saytında hər növ məhsula nağd alışda 70%-dək endirim olacaq. Belə ki, kampaniya günlərində:
- 2000 Vt gücə malik buxar ütüsünü 60 yox, cəmi 18 manata;
- 1600 Vt-lıq Panasonic tozsoranını 280 yerinə, 149 manata
- 6 kq tutumlu LG paltaryuyanını 850 deyil, cəmi 499 manata;
- 108 sm ekranlı, Full HD, Smart Toshiba televizorunu 900 deyil, cəmi 599 manata;
- 3 yerli Elegant divanını 740 yerinə, cəmi 369 manata ala biləcəksiniz.
Bundan başqa, yalnız noyabrın 28-dək “Kontakt”da iPhone 12 Pro modellərinə tam 300 manatadək endirim olacaq.
Kampaniya şərtlərilə hissəvi alış etmək istəyənlərə “Kontakt” endirimli qiyməti 3 aya bölmək imkanı yaradır. Üstəlik BirKart, Tamkart, Albalı kart və digər taksit kartları ilə endirimli qiyməti 24 ayadək faizsiz hissələrə də bölə bilərsiniz.