Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda araq istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 dəfə artaraq 1 720,2 min dekalitr təşkil edib.
FED.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ölkədə 303,8 min dekalitr likör istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətdə 3 dəfə çoxdur.
Eləcə də bax: Azərbaycanda tütün və içki istehsalında - BÖYÜK ARTIM
İçki və tütün məmulatlarının istehsalı:
| 
			 Məhsul növləri  | 
			
			 2019-cu ilin yanvar-noyabr aylarında istehsal edilib  | 
			
			 Əvvəlki ilin müvafiq dövrünə nisbətən, %  | 
		
| 
			 İçki məhsulları  | 
		||
| 
			 Araq, min dkl  | 
			
			 1 720,2  | 
			
			 2,8 dəfə  | 
		
| 
			 Brendi (konyak), min dkl  | 
			
			 24  | 
			
			 163,3  | 
		
| 
			 Üzüm şərabı, min dkl  | 
			
			 525,9  | 
			
			 36,5  | 
		
| 
			 Şampan şərabı, min dkl.  | 
			
			 0,5  | 
			
			 41,7  | 
		
| 
			 Pivə, min dkl  | 
			
			 4 742,9  | 
			
			 108,9  | 
		
| 
			 Likörlar, min dkl  | 
			
			 303,8  | 
			
			 3 dəfə  | 
		
| 
			 Alkoqolsuz içkilər, min dkl  | 
			
			 23 727,5  | 
			
			 112,5  | 
		
| 
			 Papiros və siqaretlər, mln. ədəd  | 
		||
| 
			 Papiros və siqaretlər, mln. ədəd  | 
			
			 6 331,1  | 
			
			 182,5  | 
		
| 
			 Fermentləşdirilmiş tütün, ton  | 
			
			 4 294,7  | 
			
			 146,7  | 
		




                            
                            
                        
            
                
                
                
                
                
                
                
                
                
                
                
                







