Azərbaycan narı Ermənistan məhsulu adı altında xarici bazara çıxarıla bilməz.
Bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib. Onun sözlərinə görə, ixrac edilən məhsulun mənşə sertifikatı olur: “Kifayət qədər ciddi nəzarət edilir.
Yalnız pərakəndə satış zamanı nə isə ola bilər. Heç kim bundan siğortalanmayıb. Bir çox ixracatçılar məhsullarının üzərinə sertifikat vurur. Bir qədər əvvəl Azərbaycanın almaları Gürcüstan vasitəsilə Ermənistana satılıb. Bunun özü müsbət haldır, Azərbaycan məhsullarının rəqabətqabiliyyətli güclü olduğunu göstərir və Ermənistan iqtisadiyyatında nöqsanlar olduğunu sübut edir”.