Prezident İlham Əliyev bu gün təsdiqlədiyi “2018–2025-ci illərdə şərabçılığın inkişafına dair Dövlət Proqramı”na əsasən, yaxın 7 il ərzində Azərbaycan şərab ixracını 5 dəfə artırmalıdır.
FED.az xəbər verir ki, proqram ölkədə şərabçılıq ənənələrinin bərpa olunmasını nəzərdə tutur.
Şərab və şərabçılıq məhsullarının rəqabət qabiliyyəti yüksəldilməli, şərabçılıq üzrə milli normativ texniki sənədlər (DÖST, AZS milli standartları) təkmilləşdirilməli, şərab və şərabçılıq məhsullarının qablaşdırılması üçün köməkçi vasitələrin ölkədə istehsalı dəstəklənməli, şərabçılıq sahəsində fəaliyyət göstərən mütəxəssislərin və marketoloqların bilik və bacarıqları yüksəldilməli, şərab və şərabçılıq məhsulları üçün nəzərdə tutulan aksiz markaları digər alkoqollu içkilərin aksiz markalarından fərqlənməlidir.
Azərbaycan 2025-ci ilə qədər şərab ixracını 5 dəfə artıracaq
17:04
3 May 2018