2018-ci ilin yanvar-avqust aylarında azexport.az portalına daxil olan əsas ixrac sifarişlərinin ölkələr üzrə bölgüsü açıqlanıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən FED.az-a verilən məlumat görə, 2018-ci ilin yanvar-avqust ayları ərzində ilk 10 ölkə üzrə azexport.az portalına daxil olan sifarişlər 58,6% olub. Belə ki ,ixrac üçün ən çox sifariş edən ölkə 18,2%-lə Rusiya olub.
2-ci yerdə ən çox məhsul sifariş verən ölkə 8,6%-lik göstərici ilə ABŞ olub.
3-cü yerdə ən çox məhsul sifariş verən ölkə 7%-lə Türkiyə olub.
4-cü ,5-ci və 6-cı yerdə müvafiq olaraq 4,6%; 4,2%; və 4% bir-birinə yaxın olan nəticə ilə İran, İngiltərə və Hindistan olub.
7-ci və 8-ci yerdə 3,8% və 3,2%-lə müvafiq olaraq Ukrayna və BƏƏ olub.
9-cu və 10-cu yerdə 2,6% və 2,4% nəticə ilə Səudiyyə Ərəbistan və Gürcüstan olub.
Azərbayacana ən çox bu ölkələrdən sifariş gəlib - SİYAHI
12:33
2 Okt 2018