“Azər-Maya” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir
FED.az xəbər verir ki, səhmdarlarının ümumi yığıncağı 25 fevral 2021-ci il saat 10.30-da Bakı şəhəri, Nərimanov rayonu, 11-ci Dağlıq küçəsi 3105-ci məhəllədə keçiriləcəkdir
Gündəlikdəki məsələlər:
1. “Azər-Maya” ASC-nin törəmə müəssisəsinin yaradılması və bununla əlaqədar olan digər məsələlərin həlli.
Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatlarla (materiallarla) yığıncağın keçiriləcəyi tarixdən əvvəlki üç iş günü ərzində cəmiyyətin ofisində (Bakı şəhəri, Nərimanov rayonu, 11-ci Dağlıq küçəsi 3105-ci məhəllədə) iş vaxtı tanış olmaq mümkündür.
Əlaqə telefonu- ( 012- 514- 39- 08 ).
Səhmdarlar ümumi yığıncaqda iştirak üçün şəxsiyyətlərini təsdiqləyən sənədi, onların nümayəndələri isə öz şəxsiyyətlərini təsdiq edən sənədlə birlikdə notarial qaydada təsdiq olunmuş etibarnaməni təqdim etməlidirlər.