Son vaxtlara qədər Azərbaycanın ən byöük tikinti uraşdırma şirkətlərindən biri olan «Azenco» ASC-nin rəhbərliyi dəyişir.
FED.az xəbər verir ki, dəyişikliyi etmək üçün iyulun 12-də «AZENCO» ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Eləcə də bax: Amerika Ticarət Palatasından Şahin Mustafayevə - 3 TƏKLİF
Yığıncaqda ASC-nin 2018-ci il üzrə illik hesabatı müzakirə ediləcək, idarə heyətinin, müşahidə şurasının və maliyyə-təftiş komissiyasının illik hesabatı dinləniləcək, maliyyə nəticələri müzakirə olunacaq. Bundan başqa, yığıncaqda cəmiyyətin idarə heyətinin, müşahidə şurasının və maliyyə-təftiş komissiyasının yeni tərkibləri seçiləcək, ASC-nin nizamnaməsinə dəyişiklik ediləcək. Yığıncaq Mingəçevir şəhərində, Dövlət Dram Teatrının binasında baş tutacaq.
Qeyd edək ki, «Azenco» ASC Azərbaycanda tikinti və quraşdırma, xüsusilə energetika layihələri üzrə əsas podratçılardan sayılır. Şirkət indiyədək böyük hissəsi «Azərenerji» ASC olmaqla çoxsaylı dövlət təşkilatlarının layihələrinin icraçısı olub. Xüsusilə ölkədə elektrik enercisi stansiyalarının tikintisində əsas icraçı olub. O cümlədən "Sumqayıt Elektrik Stansiyası"nın tikintisi layihəsində "SIEMENS" şirkətinin əsas yerli podratçısı, “Şimal-2” elektrik stansiyasının tikintisində “Mitsubishi Heavy Industries” , “ABB” və “Alstom” şirkətlərinin yerli podratçısı və “Cənub Elektrik stansiyasının tikintisində "General Electric"şirkətinin yerli podratçısı kimi çıxış etmişdir. Baş podratçı qismində "Azenco" şirkəti Azərbaycanda müxtəlif gücdə 7 modul tipli elektrik stansiyalarının tikintisini həyata keçirib. Bu stansiyaların əsas avadanlıqlarının təchizatçısı Finlandiyanın "Wartsila" şirkəti olub.
«Azenco» ASC Azərbaycanda istilik elektik stansiyalarının layihələndirilməsi, tikintisi və təmiri üzrə "Mərkəzi İstehsal Təmir" müəssisəsinin bazasında yaradılıb və özəlləşdirilərək "AZENCO" ASC-yə çevrilib. Son 10 ildə ölkənin elektroenergetika sənayesinin bütün layihələrində iştirak edib, o cümlədən "Dövlət Bayrağı Meydanı" və "Bakı Kristal Hall" layihələrinin tikintisini həyata keçirib.
Şirkətin öz məlumatına görə, ixtisaslaşdığı sahədə yerli bazara başçılıq edir və dünyanın bir çox qabaqcıl şirkətləri ilə korporativ əlaqələri var. Şirkət Bakıda və bölgələrdə məktəb və körpü tikintilərini də həyata keçirib.
Mətbuatda və müstəqil jurnalist araşdırmalarında «Azenco»nun «Azerenrji» ASC-nin keçmiş rəhbəri Etibar Pirverdiyev tərəfindən idarə və himayə olunduğu bildirilib və bu məlumatar təkzib olunmayıb. Bilirilir ki, «Azenco»nun enerji layihələrində aktiv iştirakının və böyük paya malik olmasının səbəbi də budur.
Amma son məlumatlara görə, «Azərenerji» rəhbərliyində baş verən dəyişikliklər, E.Pirverdiyevin vəzifədən çıxarılmasından sonra «Azenco»nun iştirakçısı olduğu layihələr azalıb, eləcə də işçilərə əmək haqqı verilməsində ləngimələr başlayıb.













