Sabiq gənclər və idman naziri Azad Rəhimovun oğlu işğaldan azad olunmuş ərazilərdə minaaxtarma əməliyyatları üzrə fəaliyyət göstərən şirkətdə çalışır.
Eləcə də bax: Azad Rəhimovun oğlu "Formula-1"i tərk etdi - YENİ TƏYİNAT
FED.az xəbər verir ki, Arif Rəhimov minaaxtarma əməliyyatları həyata keçirən "Safe Point" şirkətinin təsisçilərindəndir.
Hazırda şirkət bir neçə strateji ərazidə minaxtarma əməliyyatlarını həyata keçirir.
Qeyd edək ki, "Safe Point" şirkəti 2022-ci ildə təsis edilib.
Xatırladaq ki, Arif Rəhimov Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin də rəhbəri olub. O, paytaxtda “Formula-1” üzrə keçirilən Azərbaycan Qran-prisinin təşkilatçısı idi. (Apa)