“Şirin Aqro” QSC və "Az-Ros Garden" QSC təşkilati-hüquqi formasını dəyişib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hər iki şirkət Məhdud Məsuliyyətli Cəmiyyətə çevrilmə ilə əlaqədar olaraq nominal dəyəri 50 manat olan, 41 ədəd adi adlı səhmin dövriyyədən çıxarıldığını elan edir.
Hər iki şirkət 2050 manat nizamnamə kapitalına malikdir.
“Şirin Aqro” QSC 14 mart 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Xanlar Hümmətov İsrafil oğludur. Şəmkir rayonu, Yeni Həyat qəsəbəsi, Nəriman Nərimanov ev 99 ünvanında fəaliyyət göstərir.
“Az-Ros Garden” QSC 28 mart 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi İslam İsgəndərov Nəsrəddin oğludur. Şəmkir rayonu, Şəmkir şəhəri, Nəsimi ev 8B ünvanında fəaliyyət göstərir.











