Azərbaycanın bank sektorunda islahatlar yarımçıq qalır, onları aktivləşdirmək lazımdır.
FED.az məlumat verir ki, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) analitikləri belə hesab edirlər.
Eləcə də bax: AYİB: Azərbaycanda ÜDM-in artım tempi gələn il - 2,4% OLACAQ
“Azərbaycan Beynəlxalq Bankı” (ABB) əvvəlcədən planlaşdırıldığı kimi özəlləşdirilməlidir. Bank sektorundakı çatışmazlıqlar həm tənzimləyicinin müstəqilliyi və potensialının, həm də normativ-hüquqi bazanın möhkəmləndirilməsi yolu ilə aradan qaldırılmalıdır”, - deyə bankdan "İnterfaks-Azərbaycan" agentliyinə bildiriblər.
Bununla yanaşı, bank kredit fəallığının bərpa olunmağa başladığını, lakin maliyyə sektorunda zəif mövqelərin hələ də qaldığını vurğulayır.
“2018-ci ildə bankların kredit portfelinin azalması dayanıb və ümumi makroiqtisadi sabitləşmə və iqtisadi artımın bərpası fonunda tədricən artmağa başlayıb. Kreditlərin və depozitlərin dollarlaşması azalmaqdadır, lakin 2019-cu ilin avqust ayına olan vəziyyətə görə müvafiq olaraq 34,3% və 63% səviyyəsindədir. Son iki ildə vaxtı keçmiş kreditlərin payı azalsa da, yenə də yüksək olaraq (10,8%) qalır”, - deyə AYİB-dən qeyd ediblər.
ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Bankın əsas səhmdarı Maliyyə Nazirliyidir.*